Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Bərgüşad kəndində səyyarı qəbulu keçirilib

12 noyabr 2018 | 16:00

2018-ci ilin noyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Bərgüşad kəndində keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Qalib Əsgərov iştirak etmişdir.

Səyyar qəbulda  3 nəfərin 5 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfəri qonşu kəndlərdə yol kənarlarında yerləşən iaşə obyektlərinin işçiləri tərəfindən Bərgüşad kəndinə gələn su arxına tullantılar axıdılır, suyun çirklənməməsinə görə tədbir görülməsinə, Bərgüşad kəndində mal-qaranın istifadəsi üçün örüş yerlərinin ayrılmasına, 1 nəfəri Bərgüşad kənd ümumi orta məktəbinə təbii qaz və intenet verilməsinə və 1 nəfəri Kəsbər arxının üzərində olan “Əmiraslan” adlanan körpünün altında yerləşən su trubasının yenisi ilə əvəz edilməsinə köməklik barədə edilmişdir.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər