Şriftin ölçüsü :

Saytın rəngi :

“8 mart-Qadınlar günü” Ucar rayonunda da qeyd olunub

07 mart 2019 | 16:00

07 mart 2019-cu il tarixdə rayon İcra Hakimiyyəti və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə Ucar Rayon İcra Hakimiyyətində “8 mart-Qadınlar günü” münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlarla    görüş keçirilmişdir.

Görüş iştirakçıları əvvəlcə Ümummilli liderin Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Rayon İcra Hakimiyyətinin Başçısı Aparatı, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan fəal qadınların iştirak etdiyi tədbiri açan Ucar rayon  İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov qeyd etdi ki, qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Şəhid anası Xəysə Cavadova, rayon Qadınlar Şurasının sədri Səidə Ələkbərova, YAP Ucar rayon təşkilatı Qadınlar Şurasının sədri Yaqut Zeynalova, şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Soltanova, Lək kənd sakini Səridə Tağıyeva və rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına göstərdiyi diqqət və qayğını, etimadı yüksək qiymətləndirdilər.

YAP sıralarına qəbul olunmuş bir qrup qadına üzvülük vəsiqələri təqdim olundu.

Tədbir iştirakçılarına bayram hədiyyələri təqdim olundu.

Keçidlər