Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Sosial-iqtisadi göstəricilər

         2003-cü ilə nisbətdə 2022-ci ildə ümumi məhsul buraxılışı 13,2 dəfə, sənaye 13,1 dəfə, kənd təsərrüfatı 13,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 2,7 dəfə, ondan tikinti-quraşdırma işləri 19,0 dəfə artmışdır;

         2003-2022-ci illər ərzində SİF vasitəsilə 264 sahibkara 21,33 mln. manat kredit verilmişdir;

         2007-2022-ci illər ərzində fermerlərə 25,11 mln. manat yardım edilmişdir;

         29,0 min ha əkin sahəsinin 56,7 %-də dənli və dənli paxlalı bitkilər, 1,7 %-də texniki bitkilər, 8,9%-də kartof, tərəvəz, bostan və 32,7 %-də yem bitkiləri əkilmişdir. Əkin sahələrinin 100 %-i suvarılan, 0 %-i dəmyə əkinçiliyidir

Sənaye

Göstəricilər İ l l ə r
2018 2019 2020 2021 2022
Fəaliyyət göstərən müəssisələrin sayı 14 13 13 12 14
0ənaye məhsullarının həcmi (min manatla) 5631,2 6262,9 7788,5 15576,3 15123,7
Sənaye məhsullarının həcmi əvvəlki ilə nisbətən (faizlə) 110,2 75,8 107,6 102,8 119,7
Sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi (faizlə) 33,9 45.4 50,3 76,4 73,8
İstehsal edilmiş məhsulun ilin axırına qalığı (min manatla) 1192,0 1153,1 1098,9 407,3 1197,3
İşçilərin orta sayı (nəfərlə) 482 385 371 311 317
İşçilərin orta aylıq əmək haqqı (manatla) 267,5 407,5 478,1 521,2 605,0
Sənaye istehsalı əsas fondlarının mövcudluğu (ilin axırına min manatla) 69825,0 - - - -

 

Tikinti

          Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf etməkdədir.

          Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı işlərin müxtəlif infrastruktur layihələrin nəticəsi olaraq son dovrlərdə dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar qeyri-dövlət mülkiyyətində olan təşkilatlara nisbətən inşaat işlərinə daha çox vəsait qoymuşlar.

          Dövlət Proqramında icrası nəzərdə tutulmuş sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi, bu sahəyə xidmət göstərən infrastrukturun  maddi-texniki bazasının möhkəmləndirilməsi, şəhərdaxili və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin tikintisi və əsaslı təmiri, rayonun elektrik enerjisi, təbii qaz, istilik, içməli su və kanalizasiya təminatının, rabitə və informasiya xidmətlərinin, torpaqların su təminatının, meliorasiya-irriqasiya xidmətlərinin yaxşılaşdırılması, sel sularından mühafizə tədbirlərinin, abadlıq və quruculuq işlərinin aparılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi tədbirlərinin həyata keçirilməsi, rayonun sosial-iqtisadi cəhətdən daha da sürətlə inkişaf etdirilməsinə təkan vermişdir.

Göstəricilər 2018 2019 2020 2021 2022
Fəaliyyət göstərən tikinti təşkilatlarının sayı (ədədlə) 5 7 4 4 4
Bir işçinin orta aylıq nominal əmək haqqı (manatla) 318,2 362,0 427,5 523,5 449,2
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri işlərin (xidmətlərin) həcmi (min manatla) 3672,1 12952,5 3503,6 4122,0 5345,9
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiyalar (min manatla) 45874,8 64333,9 44030,0 19198,1 10938,1
Bütün maliyyə mənbələri hesabına tikinti quraşdırma işlərinin həcmi (min manatla) 44975,5 59289,1 41277,9 16675,2 10615,7
Bütün maliyyə mənbələri hesabına əsas fondların istifadəyə verilməsi (min manatla) 11468,6 5767,2 30012,0 6422,4 3070,8
İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi (kv.m-lə) 1142,0 1121,0 21361,8 1584,9 986,6
İstifadəyə verilmiş ümumtəhsil məktəbləri (şagird yeri ilə) 260 - 220 - -

         

         2022-ci il ərzində Ucar şəhərində xeyli abadlıq, təmir-tikinti, yaşıllaşdırma işləri görülmüş, Şəhərin Telman Nağıyev, Ağamusa Abdullayev, Allahvedi Ələkbərov, Babək, Oğuz, Vəsilə Zahidova, Əlisahib Babayev, Azərbaycan küçələrində abadlıq işləri aparılmışdır.

         Əhalinin dayanıqlı rabitə xidməti ilə təmin edilməsi üçün xətt təsərrüfatında təmir işləri davam etdirilmiş, internet şəbəkəsinin genişləndirilməsi və yeni yaşayış massivlərinin telefonlaşdırılması üçün layihələr hazırlanaraq “Aztelekom” MMC-yə təqdim olunmuşdur.

         “Azərpoçt” MMC Ucar poçt filialı tərəfindən poçt-bank sisteminə keçidlə əlaqədar 20 poçt şöbəsinin hər biri kompüterləşdirilmişdir.

         Ucar şəhərində əhaliyə telefon və internet xidmətinin yaxşılaşdırılması məqsədilə CPON layihəsinin icrası davam etdirilmişdir.

         2022-ci il ərzində 7,5 km 10 kv-luq elektrik verilişi xətti əsaslı, 43,7 km cari təmir olunmuş, 7,3 km 0,4 kv-luq elektrik verilişi xətti əsaslı, 41,4 km cari təmir olunmuşdur. 140 ədəd yeni sayğac quraşdırılmış, 913 ədəd sayğac dəyişdirilmişdir. Təzə Şilyan kəndində 250 kva gücündə yeni güc mərkəzi yaradılmış, Bərgüşad kəndində şəbəkənin yenidən qurulması işləri çərçivəsində işlər davam etdirilir.

         2022-ci il ərzində Qazıqumlaq, Məlikballı, Xələc, Əlikənd, Ramal, Qaracallı, Qazyan, Təzə Şilyan, Lək kəndlərində və Ucar şəhərində yerüstü və yeraltı qaz xətləri təmir olunmuşdur.

         Şahlıq kəndinin qazlaşdırılması işləri başa çatdırılmışdır.

         Rayonun Bərgüşad kəndində ailə sağlamlıq mərkəzi üçün yeni binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

Kənd təsərrüfatı

          Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur.

          Kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərdən istifadə edə bilmələri haqqında, torpağın meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi, səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və eroziyaya qarşı mübarizə tədbirləri barədə tövsiyələr verilmişdir.

          Ötən il Respublika Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq baramaçılığın inkişafına diqqət artırılmış, rayon üzrə 4370.65 kq barama tədarük olunmuşdur. Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq il ərzində əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi davam etdirilmişdir.

          Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişi ilə kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən bağışlanması və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştli şərtlərlə satılan mineral gübrələrin həcminin 50 manatdan 80 manata qədər artırılmasına və mineral gübrənin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə qədər yüksəldilməsinə qərar verilməsi kənd təsərrüfatı ilə məşğul olan aqrar sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu güzəştlər rayonda lizinq yolu ilə sahibkara satılmış kombayn, traktor, maşın və mexanizmlər, kənd təsərrüfatı alətlərinin alınmasına tətbiq edilmişdir.

          Qeyd etmək lazımdır ki, rayon üzrə lizinq yolu ilə texnika və aqreqat almış  sahibkarlara  texnika və aqreqatına 40 faiz güzəşt olunmuşdur ki, bu da  kənd təsərrüfatına olan təlabatın ödənilməsində mühüm rol oynamışdır. Elə bunun nəticəsidir ki, rayonunda özügedən saz texnikaların sayı 308, asma-qoşmalı 74, yedəkli 32, taxıl kombaynı isə 14 ədəddir və onlar fermerlərə xidmət göstərir.

          Rayonda iri və xırda buynuzlu heyvanlara baytarlıq xidmətinin yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülmüş, xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, rayonda heyvanlar arasında heç bir yoluxucu xəstəlik qeydə alınmamışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər davam etdirilmiş, il ərzində 2204 baş iri buynuzlu heyvan süni yolla mayalandırılmış, 1027 baş cins bala alınmışdır. İl ərzində mal-qaranın baş sayı artaraq 114 min 842 başa çatdırılmışdır. Ümumilikdə rayonun təsərrüfatlarında 4 min 761 ton ət, 35 min 313 ton süd, 19 milyon 726 min ədəd yumurta istehsal olunmuşdur ki, buda əvvəlki ildəkindən çoxdur. Ötən il 14430 hektar taxıl sahəsindən 39 min 715 ton məhsul toplanmışdır ki, bu da əvvəlki illə müqayisədə 405 ton çox olmaqla hər hektardan məhsuldarlıq 27,5 sentner olmuşdur.

          Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün  təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq rayonumuzda çəltikçiliyin inkişafı diqqət mərkəzində saxlanılmış və femerlərlə söhbətlər aparılmış və bunun nəticəsi olaraq son 5 ildə çəltik sahələrinin 220 hektar artaraq  680 hektara çatdırılmışdır.

          Hesabat dövründə rayon ərazisində istifadəyə verilmiş Quşçuluq Sənaye Kompleksinin quş əti emalı müəssisəsi və quş yetişdirmə fabriki öz fəaliyyətini davam etdirmişdir.

          2022-ci il ərzində   kollektor-drenaj şəbəkələrində 467,8 min kub metr həcmində, 165 km uzunluğunda lildən təmizləmə işləri görülmüşdür.

         

Göstəricilər Ölçü vahidi  İ l l ə r 2022-ci ilin
2018-ci ilə

müqayisəli faizlə
2018 2019 2020 2021 2022
Dənli və paxlalılar  hektar 15157 16496 8802 15347 15410 101,7
Buğda hektar 7282 7390 3845 6457 6463 88,7
Arpa hektar 6515 7716 4622 7957 7964 122,2
Dən üçün qarğıdalı hektar 580 590 285 303 305 52,5
Çəltik hektar 780 800 550 630 678 86,9
Kartof  hektar 410 411 315 320 324 93,4
Tərəvəz  hektar 1891 1940 1745 1759 1766 93,4
Bostan bitkiləri  hektar 236 240 183 188 190 80,5

         

          2018-ci ildə diri çəkidə 5040 ton ət, 62269 ton süd, 32055 min ədəd yumurta, 98,7 ton yun, 14070  kq  bal istehsal olunmuşdur.

          2017-ci illə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 60,5 faiz, yumurta istehsalı 60,0 faiz, yun istehsalı 6,9 faiz artmışdır.

          Rayonunun təsərrüfatlarında 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 59111 baş iri buynuzlu mal-qara, o cümlədən 33217 baş inək və camış, 55362 baş qoyun və keçi mövcud olmuşdur.

          İl ərzində iri buynuzlu mal-qaranın, inək və camışların,qoyun və keçilərin sayı artım müşahidə olunmamışdır.

Heyvandarlıq

 
Göstəricilər
Ölçü
vahidi
İ l l ə r 2022-ci ilin
2018-ci ilə

müqayisəli faizlə
2018 2019 2020 2021 2022
 İri buynuzlu mal  baş 59111 59143 59205 59242 59273 100,3
 O cümlədən inək camış  baş 33217 33238 33286 33305 33334 100,3
 Qoyun və keçi baş 55362 55410 55511 55532 55569 100,4
 Arı ailələrinin sayı min 2,006 1,774 2,135 2,319 2,346 116,9
 Quşlar  baş 517055 517165 517226 517274 517330 100,0

         

          “Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2019-2023-cü illər)” üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda əkinə marağı daha da artırmışdır.

Avtomobil, dəmir yolları və rabitə xidmətləri haqqında məlumat

          Rayonun ərazisindən Bakı-Gəncə dəmir yolunun 50 km, Bakı-Gəncə avtomobil yolunun 52 km, Ucar-Zərdab avtomobil yolunun 19 km-lik hissəsi keçir. Rayon ərazisindən keçən avtomobil yolları 1-ci və 2-ci kateqoriyalıdır.

          Əhaliyə göstərilən ticarət, nəqliyyat və məişət xidmətlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər aparılmışdır. Ucar şəhərində və magistral yol kənarında olan primitiv, sanitar gigiyenik qaydalara cavab verməyən ticarət və məişət obyektlərinin əvəzinə, müasir tələblərə cavab verən yeni obyektlərin tikilərək istifadəyə verilməsi işləri davam etdirilmiş, əhaliyə çoxsaylı ticarət şəbəkələri vasitəsilə müxtəlif çeşidli ticarət və məişət xidmətləri göstərilmişdir.

          2022-2023-cü illərdə Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə əlaqədar tədbirlər davam etdirilmişdir.

          Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2022-ci il tarixli Sərəncamı ilə Ucar rayonunun Müsüslü - Təzə Şilyan - Bərgüşad - Bağban - Yuxarı Şilyan - Boyat - Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə (65 km, 29,2 min nəfər, 7 məntəqə) investisiya xərclərindən 10,1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış və tikinti işləri başa çatdırılmışdır.

          Quləbənd-Alpı yolunun yenidən qurulması başa çatdırılmışdır.

          Yolların istifadəyə verilməsi həmin ərazidə yaşayan əhali tərəfindən razılıqla və ölkə prezidentinə minnətdarlıqla qarşılanmışdır.

          Bununla belə qeyd etmək lazımdır ki, bəzi yaşayış məntəqələrinin, o cümlədən Bağırbəyli, Küçəkənd, Pirkənd, Qaracallı, Qaradağlı, Əlikənd, Ramal və Şahlıq kəndlərinin kənddaxili yollarının ilk növbədə asfaltlaşdırılmasına ciddi ehtiyac vardır.

Keçidlər