Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Rayonda yaxın gələcəkdə bir sıra infrastruktur layihələri, o cümlədən rayon mərkəzində qaz xətlərinin yenidən qurulması, kəndlərin qazlaşdırılması, kənd yollarına asfalt örtük vurulması layihələri həyata keçirilir.

Bunlardan ən mühümü rayon mərkəzinin kanalizasiya sisteminin yenidən qurulması və şəhərin içməli su ilə təchizatının yaxşılaşdırılması layihəsidir. Ucar şəhərinin kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində Ucar şəhərinin Heydər Əliyev prospekti, Dədə Qorqud və 28 May küçəsi ərazisində ictimai yaşayış binalarının kanalizasiya xətlərinin qoşulmasına başlanılmış, Heydər Əliyev prospektində 11 çoxmənzilli yaşayış binalarının kanalizasiya xətləri hazırlanaraq sistemə qoşulması təmin edilmişdir.

Rayon ərazisində qazlaşma işləri davam etdirilmiş, təbii qazla təmin olunmuş yaşayış məntəqələrinin sayı 23-ə və ya 77,0 faizə çatdırılmış, hazırda 4 kənddə, o cümlədən Təzə Şilyan, Qaracallı, Bərgüşad və Yuxarı Şilyan kəndlərində tikinti işləri davam etdirilir

Keçidlər